Daha sürətli, təhlükəsiz, asan. Bir toxunuşla Google ilə daxil olun.
Qeydiyyat və girişi daha təhlükəsiz və sadə etmək üçün Google Hesabından istifadə edin. Beləliklə, istifadəçi adı və parollar daxil etməyə az vaxt sərf edə, bəyəndiyiniz tətbiq və saytlarda isə çox vaxt keçirə bilərsiniz.
-
Problemsiz daxil olun
Asanlıqla və təhlükəsiz şəkildə yeni hesablar yaradın, yaxud istifadəçi adı və parollarla məşğul olmadan favorit tətbiq və saytlarınıza daxil olun.
-
İstənilən cihazdan istifadə edin
iOS və Android daxil olmaqla istifadə etdiyiniz bütün brauzer və cihazlarda rahat, tanış giriş təcrübəsindən yararlanın.
-
Bağlantıları idarə edin
Ad, e-poçt ünvanı və profil şəkli kimi hesab məlumatlarını təhlükəsiz paylaşmaqla və Disk kimi Google tətbiqlərinə girişi idarə etməklə tətbiq və saytlara nəzarət edin.
-
Google ilə güvəndə qalın
Təkrar istifadə edilmiş parollar və zəif girişlər ilə vidalaşın. Təhlükəsiz giriş məqsədilə Google Hesabından istifadə etmək parolları saxlamaq üçün daha az tətbiq və sayta etibar etmək deməkdir ki, bununla da data təhlükəsiz qalır.
Google hesabı ilə necə daxil olmalı
Tətbiq və ya saytda Google hesabı ilə daxil olun düyməsinə klikləyin
İstifadə etmək üçün Google Hesabı seçin
İlk dəfədirsə, tətbiq və ya xidmətə daxil olmaq üçün Google Hesabından ad,
e-poçt ünvanı və profil şəklini paylaşın
Bəzi tətbiqlər ünvan və ya telefon nömrəsi kimi başqa məlumatlar istəyə
bilər. Bunları Google Hesabı ayarlarında idarə edə bilərsiniz
Tətbiq və ya sayta keçin
Bu qədər, daxil oldunuz!
Növbəti dəfə eyni Google Hesabı ilə asanlıqla yenidən daxil olun
-
Defolt olaraq təhlükəsizdir
Sürətli, güvənli giriş prosesinə layiqsiniz. Google hesabı ilə daxil olmaq məlumatın onlayn saxlandığı yerləri məhdudlaşdırmaqla üçüncü tərəf data pozuntularından qoruyur.
-
Nəzarət sizdədir
Üçüncü tərəf tətbiqi və saytı ilə paylaşmağı seçdiyiniz məlumatları idarə edin və istənilən vaxt Google Hesabında ayarları yeniləyin.
-
Özəl dizaynlı
Google reklamlar və ya hər hansı digər Google məhsulu üçün Google hesabı ilə daxil olun funksiyasından əldə edilən məlumat və ya fəaliyyətdən istifadə etmir. Məxfiliyi qorumaq üçün hazırlanmış məsuliyyətli data praktikalarına ciddi əməl edirik.